Press "Enter" to skip to content

Altı ayda 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Son yeniləmə: 3 Avqust 2023 14:37

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-iyun aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün 47 mikro və kiçik sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

Bu barədə BAYARQDAR MEDİA-ya avqustun 3-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 12-si mikro, 1-i kiçik sahibkar olmaqla 13 KOB subyektinə şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir. Ümumilikdə isə indiyədək 94 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib”.

Məlumata əsasən, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir: “Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar”.

Mission News Theme by Compete Themes.