Son yeniləmə: 2 Avqust 2023 12:54
BAYRAQDAR MEDİA – Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlərə dair liderlər səviyyəsində danışıqlar davam edir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, iyulun 31-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Danışıq zamanı strateji əməkdaşlıq və tərəfdaşlıq məsələləri müzakirə edilib. Telefon danışığında enerji, mədənçıxarma və qida sektoru daxil olmaqla sənaye sahəsində əməkdaşlıq müzakirə edilib.
Onu da bildirək ki, Ş.Mirziyoyev bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib.
The Presidents of 🇺🇿and 🇹🇷 discussed topical issues of further expansion of Uzbek-Turkish multifaceted cooperation and strengthening of relations of comprehensive strategic partnership on a phone conversation.#Mirziyoyev #dialogue_of_leaders #Türkiye #cooperation pic.twitter.com/AbPr0sc0pv
— Shavkat Mirziyoyev's Press-service (@president_uz) August 1, 2023