Son yeniləmə: 2 Avqust 2023 15:28
BAYRAQDAR MEDİA – Böyük Britaniyanın İcmalar Palatasının üzvü Semmi Wilson “Politicshome” jurnalında Kıbrıs problemi ilə bağlı diqqətçəkən məqalə yazıb.
Kırım Haber Ajansı xəbr verir ki, S.Wilson “Kıbrıs Yaxşı Cümə Anlaşmasına ehtiyacı var” başlıqlı məqaləsində Kıbrıs məsələsini və Kuzey Kıbrıs Türk Cümhuriyyətini dəyərləndirib.
O, məqaləsində, “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən müstəqil dövlət kimi tanınmaması üçün heç bir səbəb yoxdur”, deyə qeyd edib.
Millət vəkili Kıbrıs rumlarının sülh təklifini rədd etdiklırini bildirib. O, İngiltərənin Kıbrıs türkləri ilə Rumlar arasında vasitəçi rolunu oynamasını istəyib.