BAYRAQDAR MEDİA – Avqustun 5-də saat 09:00-da Abşeron Milli Parkında “Günəşi salamlama” (Surya Namaskar) yoqa sessiyası keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “sessiyada məqsəd sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaqdır. Açıq səma altında təşkil ediləcək sessiya zamanı “Yoga Shahi” studiyasının təcrübəli müəllimi Qafar Qənizadə tərəfindən günəş enerjisi ilə zəngin yoqa nəfəs texnikası, sağlam həyat tərzi və şəxsi inkişaf mövzularında mühazirələr təşkil ediləcək”.
Qeyd edək ki, sessiyada iştirak ödənişsizdir. Nəqliyyat saat 08:00-da Koroğlu metro stansiyasının qarşısından yola düşəcək.
Nəqliyyatdan istifadə edəcək yoqasevərlər gərəkli anketi doldurmaladırlar. Nəqliyyatdan istifadə ilə bağlı qeydiyyat üçün son tarix isə 3 avqust, saat 18:00-dır.