Press "Enter" to skip to content

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Düşmənin ələ keçirilən kvadrokopteri

BAYRAQDAR MEDİA – Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 2-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

Mission News Theme by Compete Themes.