Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsində 3-cü həftə

YAŞAT düşərgəsi

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsinin 3-cü həftəsinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “YAŞAT” Fondundan daxil olub.

Xəbərdə deyilir ki, “Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyadan sonra düşərgənin açılış mərasimi olub. Düşərgə iştirakçılarına həftəlik proqram barədə məlumat verilib. Uşaqlar ikinci günə səhər idmanı ilə başlayıblar. Ardından tanınmış səyyah, bloger və teleaparıcı Azər Qəriblə görüş olub. Qonaq uşaqların çoxsaylı suallarını cavablandırıb, müxtəlif ölkələrə səfərləri ilə bağlı məlumat verib. Gün hotel daxili əyləncə, stolüstü idman oyunları və psixoloqlarla ilkin görüşlərlə davam edib”.

Mission News Theme by Compete Themes.