Press "Enter" to skip to content

“UZAZ-2023” təlimi başa çatıb

UZAZ-2023

BAYRAQDAR MEDİA – Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib. Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib”.

Qeyd edək ki, “UZAZ-2023” təlimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçirilib.

Mission News Theme by Compete Themes.