Press "Enter" to skip to content

Türkmənistanda “Go Viral Ashgabat 2023” beynəlxalq festivalı

Son yeniləmə: 1 Avqust 2023 09:10

BAYRAQDAR MEDİA – Aşqabadda iyulun 28-dən 29-dək ikinci Go Viral Beynəlxalq Festivalı keçirilib.

CentralAsia.news xəbər verir ki, festivalda Türkmənistanın gənc iş adamları və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər: “Tədbir çərçivəsində komanda ruhunu gücləndirmək, yeni başlayan startapçılar və artıq təcrübə qazanmış mütəxəssislər arasında əməkdaşlıq körpülərinin qurulması üçün nəzərdə tutulmuş 10 seksiya sessiyası keçirilib”.

Festival çərçivəsində amerikalı yazıçı və səyyah, tətbiqi riyaziyyat üzrə fəlsəfə doktoru, Corciya Universitetinin professoru Qreq Bufordun iştirakı ilə seminar keçirilib. Seminar süni intellekt dövründə problemlərin həlli mövzusunda keçirilib.

Festival ABŞ-ın Mərkəzi Asiya ölkələrindəki diplomatik nümayəndəliklərinin dəstəyi ilə keçirilib.

Mission News Theme by Compete Themes.