Press "Enter" to skip to content

Peşə təhsili üçün tələbə qəbulu davam edir

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Peşə təhsili müəssisələrinə 2023-2024-cü tədris ili üzrə tələbə qəbulu davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “peşə təhsili almaq istəyən şəxslər 11 avqust saat 23:59-dək platformada qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərə bilərlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır”.

Sonra xəbərdə, “qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumat “Şəxsi kabinetim” bölməsində yerləşdiriləcək, həmçinin onlara nəticələrlə bağlı SMS bildiriş göndəriləcək” deyə bildirilir.

Qeyd edək ki, 28-31 iyul tarixlərində 3 min 922 şəxs peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edib.

Mission News Theme by Compete Themes.