Press "Enter" to skip to content

“Məşğulluğa Dəstək Layihəsi”nə cəlb edilənlər

Son yeniləmə: 1 Avqust 2023 13:55

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2 min 883 işsiz şəxs cəlb edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Beləliklə, layihəyə cəlb olunanların sayı 9 min 457-ə çatıb: “Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin – əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s. özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.

Layihə çərçivəsində ümumilikdə bu kateqoriyadan olan 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib. Qeyd edək ki, layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqlarla təmin olunurlar”.

Mission News Theme by Compete Themes.