Son yeniləmə: 1 Avqust 2023 14:23
BAYRAQDAR MEDIA – Qazaxıstanda tələbə yataqxanaları ilə bağlı məsələ müzakirə edilib.
Aikyn.kz məlumat verir ki, Baş nazir Alixan Smailovun rəhbərliyi ilə keçirilən iclasda tələbə yataqxanalarında yer çatışmazlığı problemi müzakirə edilb.
Elm və ali təhsil naziri Sayasat Nurbek bildirib ki, bu il 11 min yerlik 37 obyekt, o cümlədən 26 universitet tələbələri və 11 kollec tələbələri üçün yataqxana istifadəyə veriləcək. Eyni zamanda, onun məlumatına görə, 1400 yerlik 4 obyekt nəzərdə tutulan müddətdə istifadəyə verilməyə bilər. Bunlar “Astana Tibb Universiteti” QSC-nin yataqxanasının əsaslı təmiri, Almatıda 400 yerlik yataqxananın tikintisi, 450 yerlik iki yataqxananın əsaslı təmiri kimi layihələrdir.
Alixan Smaılov qeyd edib ki, bu məsələ vaxtında həll olunmasa, vəziyyət daha da çətinləşəcək. Baş nazir ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsini və vaxtında qaytarılmasını təmin etməyi, habelə 2023-cü il üçün Proqram göstəricilərinə nail olunmasına nəzarət etməyi tapşırıb.