Son yeniləmə: 1 Avqust 2023 13:16
BAYARQDAR MEDİA – Azərbaycanın qeyri-neft-qaz sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüşün beynəlxalq bazarda satışı nəticəsində ölkə iqtisadiyyatına cəlb etdiyi ümumi vəsait 1 milyard 716 min 495manata çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 1-də qurumdan məlumat verilib.
Bildirilib ki, QSC-nin icra etdiyi 79-cu ixrac əməliyyatı nəticəsində 3.7 min unsiya qızıl, 11.4 min unsiya gümüş beynəlxalq bazarda realizə edilib və 12.8 milyon manat satış gəliri əldə edilib: “Bununla QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində ixrac edilən qızılın həcmi 361.9 min unsiya, gümüşün həcmiisə 723.5 min unsiyaya çatıb. İxrac əməliyyatları ilə yanaşı, yerli zərgərlik bazarının inkişafı məqsədilə daxili bazarda pərakəndə və xammal formasında satışlarını davam etdirən QSC-nin ümumi satış gəlirləri1.042 milyard manatı üstələyib. Belə ki, ötən dövr ərzində 11.5 min unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda realizə edilib”.
Qeyd edilib ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub: “2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir”.