Son yeniləmə: 31 İyul 2023 09:52
BAYRAQDAR MEDİA – Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredovun rəhbərliyi ilə keçirilən növbəti iclasda Türkmənistanın Xəzər dənizi üzrə İdarələrarası Komissiyasının ilin birinci yarısı üzrə görülən işlərin nəticələri müzakirə edilib.
Bu barədə Türkmenportalı.com saytı məlumat verib.
Bildirilib ki, iclasda Türkmənistan Nazirlər Kabinetinin üzvləri, ölkənin bir sıra aidiyyəti nazirlik və idarələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər: “İclasda yaxın gələcək üçün konkret vəzifələr də müəyyən edilib. Türkmənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş iştirakçıları hər il avqustun 12-də ölkədə qeyd olunan Xəzər dənizi gününün gündəliyini müzakirə ediblər”.