BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərinin Çal, Baklan və Bekilli rayonlarına tanışlıq turu təşkil edilib.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, marşrut üzərində olan Bekillidə qayaüstü rəsmlər turda iştirak edən qonaqların böyük marağına səbəb olub.
Tura qatılanlar Boğaziçi Məscidini, Hüsaməddin Qazi Türbəsini, Çal səmtindəki Değirmenderesindəki tarixi un dəyirmanını, Kayı bazarını, Çakırlar Cemevini, Ahmet İzzet Əfəndi türbəsini və Süller səmtindəki evini, Apollon Lermenos məbədini, Kuzubağı görə biliblər.
Ərazidəki qayaüstü rəsmlərlə bağlı açıqlama verən Çal Bölgəsi Yardım və Həmrəylik Dərnəyinin 2-ci Başçısı Prof. Dr. Bülənt Topuz, “Qayaların üzərində şəkillər var. Qədimdə insan oğlu olduğu yerdə iz buraxmaq istəyirdi. Qədimlərdə belə qayaüstü rəsmlərin çəkildiyi Orta Asiyaya, Qırğızıstana, Azərbaycana da səfər etmişəm. Bizim yerin insanları qayaüstü rəsimlərdə daha çox dağ keçilərindən istifadə edib. Bu da təbiidir. onlar öz yerlərində daha çox ov səhnələrindən, şaman şəkillərindən, nağaralardan, insan fiqurlarından istifadə ediblər. Qədim insanlar ilin müəyyən fəsillərində, məsələn, gün dönümündə, bəlkə Hıdırellezdə, bəlkə də Novruzda gedib o təpələrdə fiqurların yenisini düzəldirdilər”.