Son yeniləmə: 31 İyul 2023 09:49
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhərində taksilərdə də gediş haqqı artıb. Belə ki, qısa məsafəyə gediş haqqı 60 lirəyə qalxıb.
Bu barədə denizli24haber.com saytı xəbər verir.
Qeyd edilir ki, Nəqliyyat Koordinasiya Mərkəzi (UKOME) taksi sürücüsünün maaşının artırılması tələbini təsdiqləyib: “Beləliklə, Denizlidə taksi tarifləri təxminən 45 faiz artırılıb. 1 kilometr üçün gediş haqqı 18 lirə olub”.
Onu da qeyd edək ki, bir neçə gün öncə mikroavtobuslarda tam gediş haqqı 75 faiz artırılaraq 8 lirədın 14 lirəyə, tələbələr üçün isə mikroavtobuslarda gediş haqqı 71,42 faiz artırılaraq 7 lirədən 12 lirəyə qaldırılıb. Həmçinin, bələdiyyə avtobuslarında tam gediş haqqı yüzdə 86,95 artırılaraq 5 lirə 75 quruşdan 10 lirə 75 quruşa, tələbələr üçün isə yüzdə 76,92 artımla 3 lirə 90 quruşdan 6 lirə 90 quruşa qaldırılıb.