Son yeniləmə: 31 İyul 2023 10:55
BAYRAQDAR MEDİA – Qazaxıstan dövlət başçısının tapşırığına əsasən, bu il əhalinin sosial cəhətdən həssas təbəqələrindən olan 400 mindən çox uşağın məktəbli forması və dərs ləvazimatları ilə təmin olunması üçün maddi yardım göstəriləcək.
Bu xəbəri Qazaxıstanın Təhsil və Elm Nazirliyinə istinadən Kazinforum yayıb.
Qeyd edilib ki, bu il hər bir şagird üçün geyim və dəftərxana ləvazimatlarının alınması üçün vəsaitin minimum məbləği yaşayış minimumundan aşağı olmayan məbləğdə – 40 min 567 tenge müəyyən edilib.
“Valideynlərə pul veriləcək ki, onlar övladları ilə birlikdə məktəbli forması, ayaqqabı və dəftərxana ləvazimatlarını müstəqil seçə bilsinlər. Qəbul edilmiş dəyişikliklər valideynlərə və uşaqlara tədarükçüləri müstəqil seçmək və keyfiyyətsiz malların təqdim edilməsini istisna etmək imkanı verəcək”, – deyə Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinin sədr müavini Joldas Batırxan bildirib.
Xəbərdə o da bildirilir ki, Qazaxıstanda aztəminatlı ailələrə maddi yardım göstərmək və uşaqların təhsillə 100 faiz təmin edilməsi üçün Ümumdünya İcbari Orta Təhsil Fondu fəaliyyət göstərir: “Bu fond çərçivəsində ünvanlı sosial yardım alan ailələrin uşaqlarına, habelə adambaşına düşən orta gəliri yaşayış minimumundan aşağı olan ailələrin uşaqlarına maddi yardım göstərilir”.