Press "Enter" to skip to content

İşğaldan azad edilmiş şəhərlərin günləri qeyd ediləcək

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Bu haqda xəbəri iyulun 31-də Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncamla işğaldan azad edilmiş şəhərlərin günləri hər il təntənəli şəkildə qeyd ediləcək:

26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan şəhəri günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər şəhəri günü.

Mission News Theme by Compete Themes.