BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, iyulun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəyə rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Öz növbəsində XİN-in sosial media hesabından səfərlə bağlı paylaşım ediib.
Paylaşımda Ceyhun Bayramovun səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşdüyü qeyd edilir.
Hal-hazırda: #Azərbaycan 🇦🇿 Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun-un Türkiyəyə rəsmi səfəri çərçivəsində, #Türkiyə 🇹🇷 Respublikasının xarici işlər naziri @HakanFidan həmkarını @TC_Disisleri-ndə səmimiyyətlə salamlayır. pic.twitter.com/n62xZaZhR0
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 31, 2023