Press "Enter" to skip to content

6 ayda peşə hazırlığı kurslarına 6 mindən çox şəxs cəlb bolunub

Son yeniləmə: 31 İyul 2023 14:00

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 6 min 113 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 31-də nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, onlardan 3 min 518 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 2595 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub: “Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunub. Hazırlıq kurslarını uğurla bitirənmüdavimlərdən 2311 nəfəri müvafiq sahələr üzrə işlə təmin olunub”.

Mission News Theme by Compete Themes.