Press "Enter" to skip to content

YARAT-da “Venera heykəlcikləri”

Sərgidən görüntü

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Mərkəzi bu dəfə Kommünike layihəsinin növbəti buraxılışında XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyindəki “Çəhrayı-Qara” sərgisində nümayişdə olan heykəlciklərin tarixi haqqında məlumatı təqdim edib.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “bələdçi Aida Əzimova “Çəhrayı-Qara” sərgisində yer alan heykəlciklərdən danışarkən həmin heykəlciklərin, Şəki-Zaqatala və Cəlilabad bölgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış qadın bütləri olduğunu deyib. Bu heykəlciklər tarix öncəsi sənətin ən erkən əsərləri kimi tanınır. Heykəllər xronoloji ardıcıllıqla düzülüb: Neolit dövrünə aid olan xırda 2 qadın heykəlcikdən başlayaraq, Paleolit dövrünə aid olanlarla bitir. Zaman keçdikcə heykəlciklərin daha çox antropomorfik, yəni daha çox insana bənzədiyini görmək olur”.

Sonra bələdçi bildirir ki, “Üst Paleolit dövrünə aid bu qadın heykəlcikləri, Roma gözəllik ilahəsi Veneraya istinadən yekun olaraq “Venera heykəlcikləri” (e.ə. VI–I əsrlər) kimi şərh edilir. Heykəlciklərin əksəriyyəti geniş qarın nahiyəsindən ibarət bədən formasına və şişirdilmiş qadın reproduktiv orqanlarına malikdir. Çox vaxt baş və əl-ayaq kimi digər detallar diqqətdən kənarda qalır və ya ümumiyyətlə yoxdur, bu da fiqurun sadəlik nöqtəsinə qədər mücərrəd olmasına gətirib çıxarır”.

Bildirək ki, heykəlciklərin istifadəsi və ya mənası ilə bağlı müxtəlif və spekulyativ şərhlər var: onlar dinə aid fiqurlar, sağlamlıq və məhsuldarlığın ifadəsi və ya qadın rəssamların öz obrazları kimi qələmə verilir.

Mission News Theme by Compete Themes.