Press "Enter" to skip to content

Təhsillə bağlı qrant müsabiqəsinin nəticələri

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 28-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “müsabiqəyə ümumilikdə 1 min 407 layihə təqdim edilib, bu da ötən illə müqayisədə 306 layihə – 28 faiz daha çoxdur. Daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1 min 128-i isə təhsilverənlərin fərdi layihələridir. Təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 min 398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir”.

Sonra xəbərdə, “daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Quba, Lənkəran, Sumqayıt, İsmayıllı, Laçın, Qax, Şirvan və Şəki aiddir. Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apelyasiya müraciəti edə bilərlər” deyə bildirilir.

Qeyd edək ki, müsabiqə yekunlarını əks etdirən nəticələr onlayn platformada əlçatandır.

Mission News Theme by Compete Themes.