Son yeniləmə: 28 İyul 2023 16:50
BAYRAQDAR MEDİA – Quzey Makedoniya parlamentində konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr avqustun 18-də parlamentin plenar iclasında başlayacaq. Müzakirələr 10 günə qədər davam edə bilər.
Yeni Balkan xəbər verir ki, müzakirələr bitdikdən sonra dərhal səsverməyə getmək məcburiyyəti yoxdur: “Prezident Stevo Pendarovski qatıldığı televiziya proqramında konstitusiya dəyişikliyi ilə bağlı açıqlamalar verib”.
S.Pendarovski, AB ilə qanunvericilik yoxlaması görüşlərinin noyabrın 30-da başa çatacağını və Konstitusiyaya bu tarixə qədər düzəliş edilmədiyi təqdirdə Quzey Makedoniya üçün AB prosesinin dayanacağını bildirib: “Konstitusiya dəyişikliyi ilə bağlı səsvermənin dərhal keçiriləcəyini gözləmirəm. Çünki hazırda üçdə iki səs çoxluğu yoxdur. Məncə, biz onları konstitusiya dəyişikliyini dəstəkləməyə inandırmaq üçün ciddi prosesə girəcəyik”.