BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan musiqi tarixi” (IV cild) kitabı da yer alır.
Sözügedən nəşrdə 20-ci yüzilin 50-60-cı illərindən sonra formalaşmış Azərbaycan bəstəkarlarının yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsinin təhlili və tədqiqi verilib. Qara Qarayevin, Cövdət Hacıyevin və digər görkəmli bəstəkarların sinfində təhsil almış bu bəstəkarların yaradıcılığında opera, balet, simfoniya, kantata-oratoriya, vokal-instrumental və digər janrların inkişafı ilə birgə yeni janr və formaların yaranması da qeyd olunub. Cilddə hər bəstəkarın yaradıcılığına ayrıca fəsil ayrılmış, onların yaradıcı portretləri doğum illərinin xronologiyasına əsasən verilib.
Qeyd edək ki, layihənin rəhbəri və elmi redaktoru Zemfira Səfərova, baş redaksiya şurası Kamal Abdulla, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Siyavuş Kərimi, Vasim Məmmədəliyev, Zemfira Səfərova (sədr), Ülkər Talıbzadə (sədr müavini), Nailə Vəlixanlı, rəyçilər isə Teymur Bünyadov və Tariyel Məmmədovdur.