Press "Enter" to skip to content

Azərbaycan nümayəndə heyəti Türkiyədə

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qəbulunda olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığın regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb”.

Qeyd edilib ki, ölkələrimiz enerji, nəqliyyat, sənaye, investisiya,sahibkarlıq, maliyyə, innovsiyalar, rəqəmsallaşmavə digər səhələrdə uğurla əməkdaşlıq edir.

Qəbulda ticarət dövriyyəsinin artırılması hədəfi istiqamətində həyata keçirilən işlər və əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

Məlumata əsasən, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla da görüş olub: “Görüşdə iki ölkənin enerji sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb. Görüşdə qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub”.

Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.