Press "Enter" to skip to content

Əlilliyi olan 8 mindən çox 18 yaşadək şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 28 İyul 2023 14:37

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8 min 227 şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 4 min 504-nə ambulator, 835-nə stasionar, 2 min 525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib: “Qeyd edək ki, hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olan şəxsi bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi istiqamətində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.