Son yeniləmə: 27 İyul 2023 13:34
BAYRAQDAR MEDİA – Qırğızıstanın sabiq təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova istintaq təcridxanasına salınıb. Bu qərarı Bişkekin Pervomayski Rayon Məhkəməsi qəbul edib.
Bulak.kg xəbər verir ki, o, avqustun 9-dək MTN-in İstintaq Təcridxanasında saxlanılacaq: “Xatırladaq ki, Dinara Kutmanova Təbii Sərvətlər Nazirliyində korrupsiya faktları ilə bağlı saxlanılıb. MTN-in məlumatına görə, o, ekoloji layihələrə ayrılan dövlət pullarının qanunsuz çıxarılması üçün geniş korrupsiya şəbəkəsi təşkil edib”.