BAYRAQDAR MEDİA – Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi “Hədəf -15 Döş Nişanı”na layiq görülüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Hədəf Şirkətlər Qrupundan məlumat verilib.
Bildirilib ki, Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir: “Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru doesnt Elvin Əliyev Heydər Əliyev və Müstəqil Azərbaycan Mediası haqqında çıxış edib”.
Sonra Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan Hədəf Qrup haqqında geniş məlumat verib. Natiq mətbuatla sıx əlaqələrindən danışıb. O, mükafatçıları təbrik edib və “Hədəf”ə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirib.
Məlumatda qeyd edilir ki, “tədbirdə mediamızın tanınmış nümayəndələri Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vuqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tomas, Rasim Sadıxov, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və s. iştirak edirdi. Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizi verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar liseyin Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış oldular. Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi”.