BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2023-cü ilin 1-ci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “iclasda Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri, eyni zamanda Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini iştirak edib”.
Bildirilir ki, kollegiya iclasında iştirakçıların hesabatları dinlənilib, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.