BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də “Sağlam həyat tərzi uğrunda” kitabıdır.
Kitabda müxtəlif qrup əhalinin sağlamlığının saxlanılması və möhkəmləndirilməsinə aid həm elmi-metodik, həm də praktiki xarakter daşıyan materiallar təqdim edilib. Sağlamlığın qorunması üçün müasir zamanda sağlam həyat tərzi normalarının proqramı tərtib olunub, sağlam həyat tərzi normalarına aid bəzi mülahizələrin, fikirlərin həyata keçirilməsi təklif edilib.
Nəşrdə həm də ictimai sağlamlıq və səhiyyənin təşkili fənni üzrə tədris proqramına, birinci növbədə Azərbaycan Tibb Universitetinin müalicə- profilaktika, tibbi-profilaktika həkimi ixtisaslarını hazırlamaq üçün geniş yer verilib. Sağlam həyat tərzi normalarına aid tabeliyindən asılı olmayaraq respublikanın bütün səhiyyə idarələri, xəstəxanaları, ambulator poliklinika müəssisələri, özəl tibbi idarələri vasitəsi ilə əhali arasında yayılması üsuluna geniş təkliflər verilib və onların izahı geniş şəkildə təqdim edilib.
Həmçinin nəşr qeyd olunan problemlərin aktuallığını nəzərə alaraq səhiyyə sistemindən başqa ali təhsil müəssisələrinin, texnikumların, kolleclərin tələbələri və orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və bütün pedaqoji personal üçün əlavə dərs vəsaiti kimi tərtib olunub, eləcə də, geniş oxucu dairəsi üçün məsləhət görüldüyünə görə çoxsaylı tirajla nəşr olunması məqsədəuyğun sayılıb.