Press "Enter" to skip to content

Kərkükdə terror aktının qarşısı alınıb

Kərkük

Son yeniləmə: 27 İyul 2023 13:34

BAYRAQDAR MEDİA – Kərkükdə təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıb və qanlı hücumu uğursuzluqla nəticələnib.

Türkmeneli TV xəbər verir ki, Kərkükün Bağdar terminalı (Qaraj Bağdad) yaxınlığında yol kənarına yerləşdirilmiş əldəqayırma bombanı zərərsizləşdirib.

Kərkük polis rəisi general-mayor Kava Qarip hadisə yerinə gedərək araşdırmalar aparıb. Polis müdiri Qarip verdiyi açıqlamada, “Təhlükəsizlik qüvvələrimiz olduğu müddətcə bu cür hücumlara icazə verilməyəcək. Bu plan terror qruplarının nə qədər zəif olduğunun göstəricisidir” deyib.

Mission News Theme by Compete Themes.