Press "Enter" to skip to content

Gələcəyin parlayan ulduzu

Bahar Asker futbol meydançasında

Son yeniləmə: 27 İyul 2023 15:59

Cavid Aydın: İnanırıq ki, Bahar həm Türkiyə, həm də Azərbaycan futboluna öz imzasını atacaq

BAYRAQDAR MEDİA – Baharla ötən ay qardaş Türkiyəyə səfərimiz çərçivəsində təsadüfən tanış olduq. Nahar etdiyimiz restoranda Azərbaycan dilində danışan və futbol terminlərindən daha çox istifadə edən Bahar (adını həmin vaxt yanımızda olan Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından öyrəndim-N.A) dərhal diqqətimizi cəlb etdi. Danışığından belə başa düşdüm ki, o da futbol oynayır. Baharın danışıqlarına qulaq kəsildiyimi görən Cavid Aydın “bu bizim Bahardır, azərbaycanlıdır. Gözəl futbol oynayır. Amma təəssüf ki, oyunların birində ciddi zədə alıb və bir müddət müalicə almalıdır” dedi.

Bahar, 7 nömrəli formayla sağ hücumçu kimi komanda ilə birlikdə müxtəlif yarışlara qatılıb
Bahar, 7 nömrəli formayla sağ hücumçu kimi komanda ilə birlikdə müxtəlif yarışlara qatılıb

C.Aydın onu da qeyd etdi ki, 16 yaşlı Bahar Asker zədələnənə qədər Eskişehir Büyükşəhər qadın futbol klubunda oynayıb. Lakin bu da son deyil. 2022-ci ilin yanvar ayında Türkiyə U-17 qadın futbol milli takımı kampına seçilib və iştirak edib.

Beləliklə, elə oradaca bu qızla yaxından tanış olmaq qərarına gəldik. Bəlli oldu ki, 01.01.2007-ci il tarixində Türkiyənin Eskişəhər şəhərində azərbaycanlı ailədə anadan olan Bahar Asker uşaqlıqdan futbola həvəsi ilə seçilib. O, 2020-ci ilin sentyabr ayında Eskişehir Büyükşəhər qadın futbol klubunda oynamağa başlayıb. O zamandan bəri 7 nömrəli formayla sağ hücumçu kimi komanda ilə birlikdə müxtəlif yarışlara qatılıb. 2022-ci ilin yanvar ayında Türkiyə U-17 qadın futbol milli komandasının düşərgəsinə seçilib və iştirak edib.

Bahar Asker 2022-ci ilin yanvar ayında Türkiyə U-17 qadın futbol milli komandasının düşərgəsinə seçilib
Bahar Asker 2022-ci ilin yanvar ayında Türkiyə U-17 qadın futbol milli komandasının düşərgəsinə seçilib

Lakin 2023-cü ilin yanvar ayında Bursada bir oyunda ciddi zədə alması nəticəsində tibbi əməliyyat keçirib. Hazırda 1 il müddətlə futbol sahələrindən həkim məsləhətiylə uzaqdır, sadəcə yüngül məşqlər edir. 1 il sonra məşqlərə və futbola davam edəcək.

Onu da qeyd edək ki, Baharın ata və anası əslən Qərbi Azərbaycanlıdır. Onlar 1988-ci ildə Qərbi Azərbaycandan Bakıya köçüblər. Onlar hazırda Türkiyədə yaşayır və eyni zamanda Azərbaycan vətəndaşıdırlar. Yəni, Bahar Asker Azərbaycan vətəndaşıdır.

Hazırda müailicə dövrü keçən Bahar 1 il sonra fəal məşqlərə və futbola davam edəcək
Hazırda müailicə dövrü keçən Bahar 1 il sonra fəal məşqlərə və futbola davam edəcək

Cavid Aydın onu da dedi ki, bu qızın gələcəyinə böyük ümidlə yanaşırlar: “İnanırıq ki, gələcəyin parlayan ulduzu kimi, Bahar həm Türkiyə, həm də Azərbaycan futboluna öz imzasını atacaq”.

Mission News Theme by Compete Themes.