Son yeniləmə: 27 İyul 2023 14:46
BAYRAQDAR MEDİA – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSl) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, milli standartlaşdırma qurumu olan AZSTAND ölkə ərazisində ETSI standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 27-də Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, “ETSI standartlarının tətbiqi informasiya-kommunikasiya sahəsində qabaqcıl texnologiyalar, o cümlədən mobil rabitə, mobil radio və smart kart tipli sistemlərin tələblərinin formalaşmasına töhfə verəcək”.