Son yeniləmə: 26 İyul 2023 14:48
BAYRAQDAR MEDİA – Buxarest səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja arasında görüş olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 26-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya Prezidentlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyəti, energetika sahəsində münasibətlərin çoxşaxəli və intensiv inkişafı vurğulanıb: “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi” ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığı üçün strateji əhəmiyyəti bir daha qeyd edilib.Yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində imzalanan Memorandumla nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda təbii qazla bağlı müqavilələr çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdə Romqaz və SOCAR arasında mütəmadi əlaqələrin əhəmiyyəti qeyd edilib. Qarşı tərəfdən SOCAR-ınRumıniyadakı fəaliyyətininyüksək qiymətləndirildiyi, bufəaliyyətininkişafının bazardakı rəqabətlilik və enerji təhlükəsizliyi nöqteyi-nəzərdən əhəmiyyətli olduğu diqqətə çatdırılıb”.
Görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də nəzərdən keçirilib.