Press "Enter" to skip to content

Ölkənin konstitusiya quruluşuna qarşı çıxdılar

Bosniya və Herseqovina parlamenti

Son yeniləmə: 26 İyul 2023 12:44

BAYRAQDAR MEDİA Bosniya və Herseqovina Nümayəndələr Palatasının iclasında bir araya gələn Xorvatiya Demokratik İttifaqı (HDZ), Müstəqil Sosial Demokratlar İttifaqı (SNSD) və Demokratik Alyansın (DEMOS) nümayəndələri ölkədə konstitusiya quruluşunun qorunması ilə bağlı qərara qarşı çıxıblar.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, Demokratik Fəaliyyət Partiyası (SDA), Demokratik Cəbhə (DF) və Avropa Xalq Alyansından (NES) 14 deputat Bosniya və Herseqovinanın konstitusiya quruluşunun qorunmasına dair qətnaməni imzalayaraq gündəmə gətirsə də, parlamentin genişləndirilmiş iclasında qətnamə dəstəklənməyib.
Parlamentdəki 40 təmsilçidən 24-ü qətnaməni dəstəklədiyi halda, 16-sı əleyhinə səs verib. Səsvermədə ümumi səs çoxluğu əldə edilsə də, subyektlərin əksəriyyətinin dəstəyini əldə etmək mümkün olmayıb.
https://www.balkannews.com.tr/bosna-hersek/hdz-ve-snsd-bosna-hersek-in-anayasal-duzeninin-korunmasina-iliskin-h7337.html

Mission News Theme by Compete Themes.