Son yeniləmə: 26 İyul 2023 12:45
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın aparıcı turizm agentliklərindən biri olan Sereniti Travel, Yıldız Nəbinin rəhbərliyi ilə ölkəni xaricdə uğurla təmsil etməyə davam edir.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, Ohrid şəhərində təşkil olunan Beynəlxalq Folklor Festivalı da bu uğuru bir daha sübut edib. Festival yerli əhalinin və turistlərin böyük marağına səbəb olub.
Festivalda Quzey Makedoniya, Türkiyə, KKTC, Albaniya, Serbiya, Polşa və Litvadan 11 müxtəlif folklor ansamblı və 400-ə yaxın sənətçi iştirak edib. Müxtəlif ölkələrdən rəqqas və sənətçilərin iştirakı ilə keçirilən festivala rəngarəng və coşğulu çıxışlar rəng qatıb.