Press "Enter" to skip to content

“Nar”dan abituriyentlərə təbrik

Son yeniləmə: 26 İyul 2023 15:32

BAYRAQDAR MEDİA – “Nar” qəbul imtahanlarında uğurla iştirak edən bütün abituriyentləri təbrik edir, həmçinin, bu imtahanlarda ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracağını elan edir.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, mobil operator gələcəyin tələbələrinə daha rahat ünsiyyət üçün smartfonlar, “Nar” mobil nömrələri və yüksək məbləğdə balans təqdim edəcək: “Məqsəd universitet həyatına yeni başlayacaq gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır. 2018-ci ildən bu ənənəni davam etdirən “Nar” istedadları yetişdirmək və davamlı öyrənmə mədəniyyətini inkişaf etdirmək məqsədi ilə korporativ sosial məsuliyyət çərçivəsinin bir hissəsi kimi təhsilin təşviqinə fəal şəkildə dəstək olur. “Nar”ın sosial layihələri barədə ətraflı əlumatı bu  səhifədən əldə edə bilərsiz”.

Mission News Theme by Compete Themes.