Press "Enter" to skip to content

İyul ayı üzrə müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 26 İyul 2023 09:33

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə DSMF-dən bildirilib.

Qeyd edilib ki, bundan əvvəl – iyulun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiya ödənişləri həyata keçirilib.

Mission News Theme by Compete Themes.