Press "Enter" to skip to content

Gənc şair-publisist kitablarını MEK-ə hədiyyə edib

Etibar Həsənzadə kitablarını təqdim edərkən

BAYRAQDAR MEDİA – Şair, yazıçı, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm” media mükafatı laureatı Etibar Həsənzadə AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablarını təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə bildirilir ki, “2016-cı il aprel şəhidi Emin Bağırova həsr olunan “Mən şəhid olacam, Ana!” adlı əsər bədii-publisistik üslubda yazılıb. Əsər boyu topoqrafik məlumatlar verilib. “Eşqin heykəli” adlı nəşrdə “Zəfər marşı”, “Böyük Zəfərin başlanğıcı”, “Gözlə bizi, Qarabağım”, “Daşkəsən”, “Azərbaycan” kimi şeirlər və “Sevgi bəstəsi”, “Mənim hekayəm”, “Eşq”, “Duyğular dinsin” kimi hekayələr yer alıb. Gənc yazarın “Vətən uğrunda” adlı əsəri Daşkəsən şəhid və qazilərinə həsr olunub. Kitab “Qarabağ Azərbaycandır” fərdi layihə çərçivəsində hazırlanıb”.

Qeyd edək ki, E.Həsənzadənin şeirlərinə mahnılar bəstələnib, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilib.

Mission News Theme by Compete Themes.