Press "Enter" to skip to content

Altı ayda iki yüz minədək e-arayış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 26 İyul 2023 14:19

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə 200 minədək e-arayış verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 26-da nazirlikdən bildirilib.

Qeyd edilib ki, son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 e-arayış xidməti istifadəyə verilib: “Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir”.

Mission News Theme by Compete Themes.