BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsi başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 25-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, düşərgənin ikinci həftəsinin ilk günündə hoteldaxili əyləncə saatının ardından uşaqlar üçün stolüstü idman oyunları və ferma gəzintisi təşkil olunub: “İkinci gün isə idman saatında əyləncəli vaxt keçirən uşaqlar sonra psixoloqlarla görüşdə, komanda işi və müxtəlif əyləncə oyunlarında iştirak ediblər. Eyni zamanda uşaqlar futbol ustad dərsi çərçivəsində “Neftçi” klubunun yarımmüdafiəçisi Ruslan Abışovla görüşüblər”.