Son yeniləmə: 25 İyul 2023 15:40
BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev türkmən xalqının milli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdimuhamedova təbrik məktubu göndərib.
Bu barədə salamnews.tm saytı məlamat yayıb.
Bildirlib ki, məktubda, “Türkmənistanda Türk Dövlətlərinin Mədəniyyət Həftəsinin uğurla keçirilməsinə görə Türk mədəniyyəti beynəlxalq təşkilatı – “TÜRKSOY” adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə mədəniyyət həftəsi çərçivəsində Aşqabadda keçirilən unudulmaz tədbirlər türk xalqları arasında bütün sahələrdə əməkdaşlığın inkişafına marağın əyani sübutu oldu” deyilib.
S.Rayev qeyd edib ki, Qurbanqulu Berdimuhamedovun çoxşaxəli fəaliyyəti nəticəsində Türkmənistan türk dövlətlərinin birlik və həmrəyliyinin simvoluna çevrilmişdir: “Bu sahədəki müstəsna xidmətlərinizə görə “TÜRKSOY” ordeni ilə təltif olundunuz. Fürsətdən istifadə edərək, TÜRKSOY adından və şəxsən öz adımdan Əlahəzrətinizə bir daha səmimi təbriklərimi çatdırmaq istərdim”.