Press "Enter" to skip to content

Sərhəddə növbəti münaqişə

Qırğızıstan-Tacikistan sərhədi

Son yeniləmə: 25 İyul 2023 09:22

Təxribat törədən yenə də taciklərdir

BAYRAQDAR MEDİA – İyulun 24-də Qırğızıstan-Tacikistan sərhədində sərhədyanı rayonların sakinləri arasında insident baş verib.

Bulak.kg saytı xəbər verir ki, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətindən verilən məlumata görə, insidentə səbəb Tacikistan vətəndaşlaır olub: “Qırğızıstan vətəndaşları, Ak-Sai kəndinin sakinləri D.J. və D.A. şəxsi avtomobillə Ak-Sai-Kök-Taş avtomobil yolu ilə gedirmiş. Eyni zamanda, yol boyu Tacikistan vətəndaşlarının olduğu 8 avtomobil karvanı hərəkət edirmiş. Onlar Vorux anklavından Xocai-Aalo kəndinə doğru gedirlərmiş. Bu zaman Tacikistan vətəndaşları öz avtomobillərində Qırğızıstan vətəndaşlarının avtomobilinin qarşısını kəsməyə cəhd ediblər. Nəticədə Daça ərazisində Qırğızıstan və Tacikistan vətəndaşları arasında dava düşüb”.

Məlumata əsasən, münaqişənin böyüməsinin qarşısını almaq üçün hadisə yerinə Qırğızıstan Daxili İşlər Nazirliyinin ərazi bölməsinin əməkdaşı gəlib: “Lakin o, hadisə yerinə yaxınlaşan zaman Tacikistan vətəndaşları – Xocai-Aalo kəndinin sakinləri ona hücum ediblər. Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşı oradan çıxmağa müvəffəq olub. Lakin Tacikistan vətəndaşları onu döymək istəyiblər, həmçinin avtomobilinin arxa görünüş güzgüsünü sındırıblar”.

“Bundan sonra Qırğızıstan Respublikasının güc strukturları və hüquq-mühafizə orqanları dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görüb. Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti vətəndaşları panikaya düşməməyə, bütün məlumatları dövlət orqanları ilə dəqiqləşdirməyə çağırır”, – deyə məlumatda daha sonra bildirilir.

O da qeyd edilir ki, insidentlə bağlı hər iki ölkənin müvafiq sarhəd qurumları arasında danışıqlar aparılır.

Mission News Theme by Compete Themes.