Son yeniləmə: 25 İyul 2023 14:08
BAYRAQDAR MEDİA – Ukrayna Baş Qərargahı işğalçı Rusiyanın Özbəkistan vətəndaşlarını zorla cəbhəyə deportasiya etdiyini açıqlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Ukrayna, işğalçılar tərəfindən döyüşə göndərilən özbəklər haqqında, “Bu insanlar Mariupol şəhərinə tikintidə işləmək üçün gəliblər. Bura gələndən sonra onların pasportları əlindən alınıb və onlar könüllü olaraq işğalçı qüvvələrə qoşulmalı olublar” açlqlamasını edib.
Özbəkistanda yerləşən Gazeta.uz mətbu orqanı mövzu ilə bağlı Özbəkistan Xarici İşlər Nazirliyinə yazılı sual ünvanlayıb. Bildirilib ki, Özbəkistan Xarici İşlər Nazirliyi məsələni araşdırmağa başlayıb. Digər tərəfdən Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti 2023-cü ilin martında Rusiyada həbsdə olan Özbəkistan vətəndaşının Ukraynada öldüyünü açıqlayıb”.
Özbəkistan vətəndaşının Ukraynaya inşaat işçisi kimi göndərildiyi öyrənilib: “Özbəkistan hakimiyyəti 2023-cü il may ayının sonunda daha bir Özbəkistan vətəndaşının Rusiya həbsxanalarında öldüyünü bildirib. Özbəkistanda nəşr olunan Azattık Uzbek media orqanı işğalçı rusların gücü ilə cəbhəyə sürülən Özbəkistan vətəndaşının anasından açıqlama verib. Anası deyib ki, oğlunu Ukraynaya zorla göndərməzdən əvvəl heç vaxt silah götürməyib. O bildirib ki, oğlu ona son telefon zəngində “Ana, mən onlara dedim ki, adam öldürməyəcəyəm, ora getməyəcəyəm, amma məcbur etdilər” deyib”.