Son yeniləmə: 25 İyul 2023 12:48
BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın güneyindəki Mostar şəhərində yerləşən, Osmanlı mirası olan tarixi Mostar körpüsünün yenidən istifadəyə verilməsindən 19 il keçir.
Bu barədə Anadolun Ajansına istinad edın Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, 1566-cı ildə Memar Sinanın tələbəsi Memar Hayrettin tərəfindən inşa edilən və 1993-cü ildə Bosniya və Herseqovina müharibəsi zamanı Xorvat əsgərləri tərəfindən dağıdılan körpü 19 il əvvəl bərpa işləri tamamlandıqdan sonra mərasimlə yenidən istifadəyə verilib: “Mostar körpüsünün yenidən qurulmasına 1997-ci ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və Dünya Bankının dəstəyi ilə başlanılıb. Macarıstan ordusunun dalğıcları tərəfindən orijinal daşları çay yatağından tapılan və kranlarla qaldırılan körpü 23 iyul 2004-cü ildə tikintisi başa çatdıqdan sonra ölkənin bir çox yüksək səviyyəli nümayəndəsinin iştirak etdiyi mərasimlə yenidən istifadəyə verilmişdir.
Əsrlər boyu Bosniya və Herseqovinada tolerantlıq və mədəni müxtəlifliyin simvolu olan tarixi körpü illərdir idmançılar tərəfindən “atlama platforması” kimi də istifadə edilir: “Ənənəyə görə, şəhərin kişiləri nişanlılarına cəsarətlərini sübut etmək üçün toydan əvvəl körpüdən tullanırlar. Tarixi körpü 9 noyabr 1993-cü ildə Bosniya və Herseqovinada müharibə zamanı Xorvatiya tank qoşunlarının körpüyə hücumu zamanı çayın sularına qərq olub. Körpü 2005-ci ildə UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilib”.