Press "Enter" to skip to content

Altı ayda min yeddi yüzə yaxın şəxs

Son yeniləmə: 25 İyul 2023 11:23

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin altı ayında 1697 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 25-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 200 nəfərə yaxını şəhid ailələrinin üzvləridir: “Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Möcüzəvi Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ Quba Truskavets Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə postmüharibə dövründə 10 min 276 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 917 nəfəri şəhid ailələrinin üzvləridir.

Mission News Theme by Compete Themes.