Press "Enter" to skip to content

“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüş

Görüşdən xatirə fotosu

Son yeniləmə: 24 İyul 2023 10:36

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülnar Ağazadə ilə mentorluq proqramına başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya DVX-dən məlumat verilib.

Qeyd edilib ki, mentorluq proqramı layihə çərçivəsində qaliblərin şəxsi inkişafı üçün tətbiq edilir və rəhbəredici şəxslərlə birgə işləməyi nəzərdə tutur: “Görüş zamanı DVX rəisi İqtisadiyyat Nazirliyinin idarəçi potensiala malik kadr ehtiyatı bankının yaradılmasında, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyənləşdirilməsi və dəstəklənməsində “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, qaliblə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun mövcud potensialının inkişafı, liderlik keyfiyyətləri, peşəkarlıq vərdişləri, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq zəruri addımları diqqətə çatdırıb.Gülnar Ağazadə fərdi inkişaf proqramı üçün təşəkkürünü bildirib, mentorluq proqramının və nazirliyin yuxarı menecerlərindən zəruri bilik və bacarıqlar əldə etməyin şəxsi idarəetmə bacarıqlarının inkişafına töhfə verəcəyini vurğulayıb”.

Görüşdə proqram qalibinin şəxsi inkişaf təcrübəsi ilə bağlı sualları cavablandırılıb, uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər, nəticəyönümlülük, qərarların qəbulu zamanı vacib yanaşmalar müzakirə olunub.DVX rəisi proqram çərçivəsində gediləcək birgə yolun, nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

Mentorluq proqramı çərçivəsində qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.