Son yeniləmə: 24 İyul 2023 12:12
BAYRAQDAR MEDİA – Biləsuvar rayonu üzrə 52 min 780 ha suvarılan torpaq sahəsi mövcuddur. Bu sahələrə Biləsuvar Suvarma Sistemləri İdarəsi xidmət edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 24-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, 2023-cü təsərrüfat ilində 46 min 304 ha payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilib: “Hazırda bu sahələrin suvarılması uğurla davam edir. 2023-cü ildə 60 min 13 ha pambıq əkilib və bundan 645 hektarı arat olub, 5 min 667 ha səp suvar, 4 min 200 ha birinci vegetasiya suyu ilə təmin olunub və hazırda pambıq sahələrinin suvarılması davam etdirilir. Son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür ki, bu da suvarma suyunun vaxtında itkisiz təmin olunmasına xidmət edir”.
Bildirilib ki, “Araz çayında nisbətən su sərfi aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki əsasında həyata keçirilir. Belə ki, suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar əl ilə və texnikalara vasitəsi ilə lildən və kol kosdan təmizlənir. Eyni zamanda 5 km-dən artıq uzunluğunda nov kanallar cari təmir olunub. Bundan başqa plana uyğun olaraq bu lin 6 ayı ərzində 178 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib. Cənub Muğan kanalından ayrılan təsərrüfatlararası suvarma kanalının 7400 m məsafədə beton üzlüyə alınması işlərinin layihə – smeta sənədləri hazırlanır. Bu kanalın da növbəti mərhələdə beton üzlüyə alınması nəzərdə tutulub”.
Qeyd edilib ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiya var. Bu nasos stansiyalardan 22 ədədi elektrik enerjisi ilə, 47 ədədi isə dizel mühərrikləri vasitəsi ilə çalışır. Nasos stansiyalarda cari və əsaslı təmir işləri aparılıb.