Press "Enter" to skip to content

Qırğızıstanın dil qərarı Sergey Lavrovu özündən çıxarıb

Sergey Lavrov

Son yeniləmə: 24 İyul 2023 14:14

BAYRAQDAR MEDİA – Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstanda dövlət dili haqqında qanunun qəbulunu qəzəblə qarşılayıb.

Bukak.kg saytı xəbər verir ki, S.Lavrov bununla bağlı açıqlamasında “Bir neçə ay əvvəl Qırğızıstanda qanun qəbul edilib. Bu ideya ilk ortaya çıxanda biz qırğız dostlarımıza xəbərdarlıq etmişdik ki, bu, tam demokratik deyil. Mən bütün dövlət qulluqçularını qırğız dilini bilməyə və bu dildə işləməyə məcbur olmasını qeyd etmək istəyirəm. Dövlət tibb müəssisələrinin həm müəllimləri, həm də həkimləri dövlət qulluqçuları kateqoriyasına daxil edilib”.

Rusiyalı nazir açıq şəkildə Qırğızıstanın bu qərarına qarşı olduqlaırnı nümayiş etdirib. Eyni zamanda, “Biz işləməyə davam edəcəyik” deyib.

Xatırladaq ki, iyulun 17-də Prezident Sadır Caparov “Qırğızıstan Respublikasının dövlət dili haqqında” Qırğız Respublikasının konstitusiya qanununu imzalayıb.

Qırğız dili ilə bağlı mühüm addım

Mission News Theme by Compete Themes.