Son yeniləmə: 24 İyul 2023 13:32
BAYRAQDAR MEDİA – Türkəminstanın Balkan vilayətinin Türkmənbaşı etrapında yerləşən “Qaraboqazkarbamid” zavodunun məhsullarına Rusiya, Böyük Britaniya, İsveç, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Əfqanıstan kimi ölkələrdə böyük tələbat var.
Bu barədə salamnews.tm saytı xəbər verir.
Qeyd edilir ki, 2023-cü ilin birinci yarısında müəssisədə 556 min 500 tondan çox karbamid gübrəsi istehsal edilərək istehlakçılara təhvil verilib.
Öz növbəsində “Balkan” qəzeti yazır ki, yüksək keyfiyyətli məhsulun əhəmiyyətli hissəsi böyük tələbatla xarici tərəfdaşlar tərəfindən alınıb: “Bu zavoda 10 min tonluq ammonyak anbarı, 100 min tonluq karbamid anbarı, dəniz suyunun duzsuzlaşdırılması və şirinləşdirici istehsalı avadanlığı, elektrik enerjisi istehsal edən güclü qaz turbin generatoru, yaşayış və mədəniyyət obyektləri və digər sənaye binaları daxildir”.