Press "Enter" to skip to content

Prezident cinayət törətmiş zabitləri təltiflərdən məhrum etdi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Mövlam Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.

Xəbəri iyulun 24-də Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncamda deyilir ki, buna səbəb kimi adı çəkilən şəxslərin ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları göstərilib.

Sərəncamla M.Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Eyni zamanda S.Ələkbərov və Y.Məmmədov “Vətən uğrunda” medalından məhrum edilib.

Mission News Theme by Compete Themes.